...

Braziliyanın sabiq prezidenti 27 il müddətinə azadlıqdan məhrum edilib

Dünya xəbərləri Materials 12 Sentyabr 2025 03:21 (UTC +04:00)
Braziliyanın sabiq prezidenti 27 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. Trend:

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro 2022-ci il seçkilərindən sonra dövlət çevrilişinə cəhddə təqsirli bilinib.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.

Braziliyanın Ali Məhkəməsinin beş hakimindən dördü Bolsonaronun bütün beş maddə üzrə təqsirli bilinməsi və ona 27 il üç ay həbs cəzası verilməsi üçün səs verib.

Qeyd edilib ki, J.Bolsonaro 8 yanvar 2023-cü ildə tərəfdarları tərəfindən hökumət binalarına basqın zamanı dövlət çevrilişinə cəhddə, silahlı cinayət təşkilatında iştirakda, Braziliyanın demokratik quruluşunu zorakılıqla devirməyə cəhddə, dövlət qurumlarına qarşı zorakılıq hərəkətlərində və qorunan dövlət əmlakına ziyan vurmaqda təqsirli bilinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti