...

ABŞ "Tramp marşrutu" layihəsi üçün Ermənistana 145 milyon dollar ayırmağı planlaşdırır

Dünya xəbərləri Materials 12 Sentyabr 2025 00:02 (UTC +04:00)
ABŞ "Tramp marşrutu" layihəsi üçün Ermənistana 145 milyon dollar ayırmağı planlaşdırır

Bakı. Trend:

ABŞ Ermənistana 145 milyon dollar yardım göstərmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun direktoru Brendan Henrehen İrəvanda Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla görüşündə bildirib.

"Konqreslə əməkdaşlıq çərçivəsində biz Ermənistana 145 milyon dollar verməyi planlaşdırırıq. Bu, "Trampın Beynəlxalq Sülh və Rifah yolu" təşəbbüsü və avqustun 8-də əldə edilmiş müvafiq razılaşmalar çərçivəsində ilk maliyyə tranşıdır.", - deyə o qeyd edib.

"Vəsaitlər ticarət, infrastruktur, kritik minerallar üçün tədarük zəncirləri və transsərhəd təhlükəsizliyə investisiyaların dəstəklənməsi üçün istifadə olunacaq", - deyə Henrehen bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti