...

“Trabzonspor” “Mançester Yunayted”in qapıçısını icarəyə götürüb

İdman Materials 12 Sentyabr 2025 00:52 (UTC +04:00)
“Trabzonspor” “Mançester Yunayted”in qapıçısını icarəyə götürüb

Bakı. Trend:

Türkiyənin "Trabzonspor" futbol klubu "Mançester Yunayted”in qapıçısı Andre Onananı 2025/26 mövsümünün sonuna kimi icarəyə götürüb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə təmsilçisi "X" sosial şəbəkəsində yazıb.

Bundan əvvəl Türkiyə klubunun 29 yaşlı qolkiperin almaq hüququna malik olmadığı barədə məlumat verilib.

A.Onana 2023-cü ilin yayında “İnter”dən “Mançester Yunayted”ə transfer olunub. Bu müddət ərzində kamerunlu qapıçı bütün turnirlərdə 102 matçda iştirak edib, onlardan 24-də qapısını “təmiz” saxlayıb və 150 qol buraxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti