...

BMT Əfqanıstandan qadın əməkdaşlarına qadağanın götürülməsini istəyib

Dünya xəbərləri Materials 12 Sentyabr 2025 07:38 (UTC +04:00)
BMT Əfqanıstandan qadın əməkdaşlarına qadağanın götürülməsini istəyib

Bakı. Trend:

BMT Əfqanıstan hakimiyyətini qadın işçilərinin təşkilatın ölkədəki binalarına girişinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Trend-in məlumatına görə, bu barədə BMT-açıqlamasında bildirilib.

Bildirilib ki, bir neçə gün əvvəl faktiki olaraq Əfqanıstan təhlükəsizlik qüvvələri BMT-nin yerli işçiləri və podratçılarının Kabildəki kompleksə daxil olmasına mane olublar.

Məhdudiyyət tezliklə BMT-nin ölkə daxilindəki ofislərinə də şamil olunub. Əfqanıstan hakimiyyəti yazılı bildirişlər göndəriblər və ya BMT agentliklərinə qərarları barədə şifahi xəbərdarlıq ediblər.

"Təhlükəsizlik qüvvələri yeni qaydaya əməl olunmasını təmin etmək üçün BMT-nin Kabil, Herat və Məzari-Şərifdəki binalarının girişlərində dayanıblar", - deyə BMT-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti