Bakı. Trend:
İsrail ABŞ-nin Qəzzada zolağında atəşkəs təklifini qəbul edib.
Trend-in məlumatına görə, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon bildirib.
"İsrail ABŞ prezidenti Donald Trampın atəşkəs təklifinə razılıq verib. Biz döyüşləri dayandırmağa hazırıq, lakin HƏMAS bundan imtina edir", - deyə o, İsrailin Dohaya endirdiyi zərbə ilə bağlı çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.