...

Husilər iki həftə ərzində İsrailə qarşı 38 əməliyyat keçirib

Dünya xəbərləri Materials 12 Sentyabr 2025 00:36 (UTC +04:00)

Bakı .Trend:

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatı son iki həftə ərzində İsrailə qarşı 38 hərbi əməliyyat keçirib.

Trend-in məlumatına görə, bu barədə husilərin lideri Əbdülməlik əl-Husi deyib.

"Son iki həftə ərzində raket və pilotsuz uçuş aparatlarından istifadə də daxil olmaqla 38 əməliyyat həyata keçirilib", - deyə o bildirib.

Onun sözlərinə görə, dron əməliyyatları effektiv olub, xüsusilə, “23 PUA Hadera, Yaffa, Aşdod, Aşkelon, Negev və Umm ər-Rəşraşda bir neçə hədəfi vurub.

Xəbər lenti

Xəbər lenti