Bakı. Trend:
NATO Polşada pilotsuz uçuş aparatının zərbələrindən sonra şərq cinahda çəkindirmənin gücləndirilməsinin bir hissəsi olaraq "müdafiə xarakterli hərbi cavab" hazırlayır.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadən xəbər verib.
Agentliyin mənbəsi həmçinin bildirib ki, alyansdan “siyasi cavab” gözlənilir.
Bildirilib ki, müdafiə xarakterli hərbi cavab NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç tərəfindən əlaqələndiriləcək.