Bakı. Trend:
Niderlandın ING qrupu Azərbaycanda 2028-ci ilə qədər inflyasiya ilə bağlı yenilənmiş proqnozunu dərc edib.
Bu barədə Trend Trend ING-yə istinadən xəbər verir.
Analitiklərin hesablamalarına görə, 2025-ci ildə inflyasiyanın illik səviyyəsi 5,5 faiz, 2026-cı ildə 5,3 faiz təşkil edəcək, 2027-ci ildə isə kəskin şəkildə 8,9 faizə qədər artacaq.
Rüblər üzrə bölgüdə 2025-ci ildə aşağıdakı göstəricilər proqnozlaşdırılır: üçüncü rübdə inflyasiya 4,9 faiz, dördüncü rübdə isə 5,2 faiz olacaq.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının son məlumatlarına əsasən, hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriya üzrə hərəkət edir. 2025-ci ilin iyul ayında 12 aylıq inflyasiya 5 faiz təşkil edib. İllik qiymət artımı ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatlarında 6,2 faiz, pullu xidmətlərdə 5,6 faiz, qeyri-ərzaq mallarında isə 2,1 faiz olub. İllik ifadədə baza inflyasiya 4,6 faiz təşkil edib.