Bakı. Trend:
Belarus və Rusiya silahlı qüvvələri “Qərb-2025” adı altında birgə hərbi təlimlərə başlayıb.
Bu barədə Trend Rusiya KİV-ə istinadən xəbər verir.
Rusiya Müdafiə nazirliyi bildirib ki, strateji-hərbi təlimlər iki ölkənin hərbi qulluqçularının birgə hazırılığının final mərhələsidir.
Məlumata görə, birgə "müharibə oyunlarında" məqsəd sülhün qorunması ilə bağlı birgə həllərin axtarılması hallarında komandanlığın bilik və bacarıqlarını artırmaq, regional və koalisiya qüvvələrinin qarşılıqlı fəaliyyət səviyyəsini qaldırmaqdır.