...

Dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarının həcmi məlum olub

İqtisadiyyat Materials 12 Sentyabr 2025 13:17 (UTC +04:00)
Dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarının həcmi məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-avqust aylarında daşınmış yüklərin həcmi 6,170 milyon ton təşkil edib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz çoxdur.

Məlumata görə, yüklərin 48,2 faizini neft yükləri təşkil edib.

Bildirilib ki, dəniz limanları tərəfindən 8,857 milyon ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 7,083 milyon tonunu və ya 80 faizini tranzit yüklər təşkil edib.

Qeyd edilib ki, 2025-ci il sentyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 400,2 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8 faiz azalaraq 17,2 min nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti