Bakı. Trend:
Aston Martin komandasının sürücüsü Fernando Alonso Formula 1 tarixində yeni səhifə açmaqda davam edir.
Trend-in məlumatına görə, ikiqat dünya çempionu qarşıdan gələn Azərbaycan Qran Prisində karyerasının 418-ci yarışına çıxaraq, çempionat tarixində start sayına görə rekordunu bir daha yeniləyəcək. 22-ci mövsümünü keçirən ispan pilot hələlik idmandan ayrılmağı planlaşdırmır.
Alonso azarkeşlərin ən çox xatırladığı 2012-ci ildə Valensiyada qazandığı qələbəni xüsusi vurğulasa da, özü üçün 2011-ci ildə Malayziyada baş tutan yarışı önəmli hesab etdiyini bildirib. Onun sözlərinə görə, həmin yarışda ciddi sürət qutusu problemləri ilə üzləşməsinə baxmayaraq, finişi 6-cı pillədə tamamlayıb və komanda yoldaşı Felipe Massadan 20 saniyədən çox geri qalıb.
Qeyd edək ki, Fernando Alonso 2016-cı ildə Bakıda keçirilən ilk Formula 1 yarışının – o vaxt Avropa Qran Prisi adlanırdı – ulduz səfiri olub. 2025-ci il Azərbaycan Qran Prisi sentyabrın 19-dan 21-dək baş tutacaq.