...

Təmayüllü siniflərin məqsədi sinifdə ali təhsil müəssisələrinə hazırlığı keyfiyyətli şəkildə təmin etməkdir - Direktor

Cəmiyyət Materials 12 Sentyabr 2025 12:55 (UTC +04:00)
Təmayüllü siniflərin məqsədi sinifdə ali təhsil müəssisələrinə hazırlığı keyfiyyətli şəkildə təmin etməkdir - Direktor
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Təmayüllü siniflərin məqsədi məktədən kənar müəllim hazırlığına getmədən sinifdə ali təhsil müəssisələrinə hazırlığı keyfiyyətli şəkildə təmin etməkdir.

Trend xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 14 ümumitəhsil müəssisəsində tam orta təhsil səviyyəsində təmayüllər təşkil ediləcək:

“Təmayüllü siniflərin məqsədi həmin təhsil pilləsində təhsil alan şagirdlərin ali təhsil müəssisələrinə hazırlığını keyfiyyətli şəkildə təmin etməkdir. Şagirdlər məktədən kənar müəllim hazırlığına getmədən sinifdə öz müəllimləri ilə tədris ala bilər. Düşünürəm ki, bu ilin sonunda həmin məltəblərin nəticələrini açıqlaya biləcəyik. İnanırıq ki, repititor yanına getmədən yüksək nəticə göatərən şagirdlərimiz olacaq”.

Xəbər lenti

Xəbər lenti