...

Azərbaycanda mazut istehsalı iki dəfədən çox artırıb

İqtisadiyyat Materials 12 Sentyabr 2025 12:07 (UTC +04:00)
Azərbaycanda mazut istehsalı iki dəfədən çox artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 57,6 min ton mazut istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31 min ton və ya 2,2 dəfə çoxdur.

Belə ki, ötən ilin yanvar-avqust aylarında ölkədə cəmisi 26,6 min ton mazut istehsal olunub.

Bu ilin sentyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 1,6 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 562 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti