Bakı. Trend:
Azərbaycanda nikahların sayı artıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, Ədliyyə
Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin
yanvar-iyul aylarında 27 min 509 nikah və 12 min 146 boşanma
halları qeydə alınıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər
min nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb,
boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.