...

Şokoladların içində gizlədilən qızıl aşkarlanıb - gömrükdə qaçaqmalçılıq cəhdi

Cəmiyyət Materials 12 Sentyabr 2025 11:28 (UTC +04:00)
Şokoladların içində gizlədilən qızıl aşkarlanıb - gömrükdə qaçaqmalçılıq cəhdi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları şokaladların içərisində gizlədilən qızılın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərt verir.

Bildirilib ki, Bakı–İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan gömrük nəzarət zonasından keçərkən monitorda şübhəli təsvirlər müşahidə edilib.

Qeyd edilib ki, yoxlama zamanı ona məxsus əl yükündəki 32 ədəd şokaladın içərisindən, qırıntı şəklində hopdurulmuş, ümumilikdə 240 qram qızıl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti