Bakı. Trend:
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib.
Trend xəbər verir ki, bu barədə ölkənin maliyyə nazirliyinin rəsmi saytında məlumat dərc olunub.
Rusiyaya qarşı sanksiyalar rejimi çərçivəsində 70 yeni dəqiqləşmə və 30 yeni bənd əlavə olunub”, -deyə məlumatda qeyd olunur.
Sənədə əsasən Bryansk kimya zaovud və “Anozit” kimya sənayesi müəssisəsinə qarşı sanksiyalar tətbiq olunub.
Bundan savayı, siyahıya kondensator istehsalçıları olan “Elekond”, “İkar” səhmdar cəmiyyətləri və elektron texnika istehsalçısı olan “Proton” səhmdar cəmiyyəti əlavə olunub.
Qeyd edək ki, Böyük Britaniya Rusiyaya qarşı son sanksiyalar paketini sentyabrın 2-də elan etmişdi.