Bakı. Trend:
Bugünkü biznes mühitində kiçik sahibkarlar üçün vaxt çox
dəyərlidir. Vaxt itkisini minimuma endirən, əməliyyatları
sadələşdirən və müştəri məmnuniyyətini artıran rəqəmsal həllər
artıq zərurətə çevrilib. Nağdsız ödənişlər həm satış prosesini
yüngülləşdirir, həm də sahibkara əməliyyatlarını daha şəffaf
izləmək imkanı yaradır.
Bu ehtiyacları nəzərə alaraq, Yelo Bank sahibkarlara Mobil POS
xidmətini təqdim edir. Xidmət sayəsində dövriyyədən asılı
olmayaraq, depozit tələb olunmadan, sahibkarlar öz Android
əməliyyat sistemi ilə işləyən və NFC dəstəkləyən smartfon və ya
planşetlərini POS terminal kimi istifadə edə bilirlər.
Yelo Mobil POS xüsusilə kofeşop, çatdırılma xidmətləri, gül
dükanları, köşk, butiklər kimi kiçik biznes sahibləri üçün
idealdır. Portativliyi sayəsində sahibkar ödənişləri istənilən
zaman, istənilən yerdə qəbul edə bilir. Rahat interfeys və sürətli
quraşdırma prosesi satış əməliyyatlarını sadələşdirir, nağdsız
ödənişlərin həcmini artırmağa kömək edir.
Xidmətin əsas üstünlükləri:
✔️ Qoşulma pulsuzdur
✔️ Heç bir dövriyyə tələbi yoxdur
✔️ Hesabın açılması üçün xidmət haqqı tutulmur
✔️ Sahibkara biznes kartı hədiyyə edilir
✔️ Biznes kartdan və cari hesabdan nağdlaşdırma
komissiyasızdır
Yelo Business App ilə xidməti tamamilə onlayn sifariş etmək
mümkündür. Elə indi xidmətə qoşulun, satışlarınızı istənilən yerdə
idarə edin: https://bit.ly/40D7v56.
Bank xidmətləri ilə (www.yelo.az/az/business/loans/micro-loans)
bağlı ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!