Bakı. Trend:
Məktəbəqədər təhsil müəssisələrinə indiyədək keçirilən müsabiqələr nəticəsində 900-dən çox pedaqoji heyət işə qəbul olunub.
Trend xəbər verir ki, bu sözləri MÜTDA-nın direktoru Eşqi Bağırov 2025–2026-cı tədris ili: yeniliklər və hədəflər adlı tədbirdə çıxış edərkən deyib.
O bildirib ki, ötən il 11 min məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti isə diaqnostikadan keçirilib.