Bakı. Trend:
Son 4 il ərzində 400 məktəbdə 17 300-dən çox dərs dinlənilib.
Trend xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev 2025–2026-cı tədris ili: yeniliklər və hədəflər adlı tədbirdə çıxış edərkən deyib.
O qeyd edib ki, dinlənilən hər 10 dərsdən 7-də tədrisin
keyfiyyəti zəif olub.
“Müəllimlər adətən öyrənmə bacarığı yuxarı olan bir neçə şagirdlər
işləyir, digərləri diqqətdən kənarda qalır. Dərslərdə diferensial
yanaşmanın tətbiqi müşahidə olunmur. Şagirdlərin çoxu dərslərdə
passiv dinləyici kimi iştirak edir”, - deyə o qeyd edib.