Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılara 1,738 milyard manat dəyərində içkilər və tütün məmulatları satılıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% çoxdur.
İçkilər və tütün məmulatları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 4,3% təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən, 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə 6,7% artıb.