Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 33,584 milyard kubmetr təbii qaz istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 553,8 milyon ton, yaxud da 1,7% artıb.
Hesabat dövrünə təbii qaz istehsalından 25,831 milyard kubmetr əmtəəlik qaz hasilatı olub ki, bu da ötən ilin eyni dövründəki göstəriciyə nisbətən 708,6 milyon kubmetr və ya 2,8% çoxdur.
Qeyd edək ki, hesabat dövründə ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 25,7 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9% azalıb.