...

Ölkənin bütün ümumtəhsil müəssisələrində şagird davranış qaydalarının tətbiqinə nail olacağıq - Eşqi Bağırov

Cəmiyyət Materials 12 Sentyabr 2025 12:50 (UTC +04:00)
Ölkənin bütün ümumtəhsil müəssisələrində şagird davranış qaydalarının tətbiqinə nail olacağıq - Eşqi Bağırov
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqinə nail olacağıq.

Trend xəbər verir ki, bu sözləri MÜTDA-nın direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Bizim şagird davranış qaydaları var. Həmin qaydalar 300 ümumtəhsil müəssisəsində tətbiq edilir. Bu qaydalara əsasən şagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməz"- deyə o əlavə edib.

E.Bağırovun sözlərinə görə, bu qaydaların ölkənin digər məktəblərini, bütün ölkə coğrafiyasını əhatə etməsi üçün tamamlama işləri görülüb, son razılaşdırmalar edilib:

"Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqinə nail olacağıq. Həmin qaydalar əsasında şagirdlərin tədris zamanı telefonlardan istifadəsi yolverilməzdir".

Xəbər lenti

Xəbər lenti