Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 96,7 milyon ton yük, 1208,6 milyon sərnişin daşınıb.
Bu barədə Trend Dövlət Statistika KOmitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə müvafiq olaraq 6,8 faiz və 6 faiz artım qeydə alınıb.
Sərnişinlərin 95,5 faizi avtobus, 4,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük və sərnişin dövriyyəsi 8,3 faiz artıb.