...

Macarıstan və Azərbaycan su ehtiyatları sahəsində tərəfdaşlığı genişləndirir - Səfir

İqtisadiyyat Materials 12 Sentyabr 2025 12:02 (UTC +04:00)
Macarıstan və Azərbaycan su ehtiyatları sahəsində tərəfdaşlığı genişləndirir - Səfir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan və Azərbaycan su ehtiyatları sahəsində tərəfdaşlığı genişləndirir.

Trend xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgisi və Konfransında (Baku Water Week / Bakı Su Həftəsi) çıxışı zamanı bildirib.

Çıxışında Torma qeyd edib ki, Macarıstan üçün təmiz su və sanitariyanın əlçatanlığı dayanıqlı inkişafın əsas elementidir və su problemlərinin həlli Dayanıqlı inkişaf məqsədlərinin nail olunmasında prioritet tapşırıqdır. O xatırladıb ki, 2010-cu ildən etibarən Macarıstan ardıcıl olaraq öz səylərini su mövzusuna fokuslayır və bu sahədə regional və beynəlxalq əməkdaşlığı genişləndirir.

Səfir vurğulayıb ki, Macarıstanın su texnologiyaları sektoru yeraltı suların xəritələşdirilməsindən və içməli, tullantı sularının təmizləmə sistemlərinin layihələndirilməsindən tutmuş, suyun təkrar istifadəsi texnologiyaları və rəqəmsal davamlı həllər kimi sahələrdə əhəmiyyətli təcrübə və innovativ həllər toplayıb.

Torma, həmçinin, su diplomatiyasının vacibliyini qeyd edib və bildirib ki, su münaqişələrin mənbəyi deyil, əksinə, əməkdaşlığın katalizatoru olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti