...

Yaponiya Rusiyaya qarşı irimiqyaslı sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 12 Sentyabr 2025 13:18 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya Rusiyanın 52 təşkilatı və 10 vətəndaşına qarşı sanksiyalar tətbiq etdiyini elan edib.

Trend xəbər verir ki, bu barədə “gündoğan” ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Qara siyahıya Rusiya ilə yanaşı, Belarusdan olan 3 təşkilat da daxil edilib.

Xüsusilə məhdudiyyətlər “Artek” uşaq düşərgəsinə, Axmat-Hacı Kadırov Fonduna və onun prezidenti Aymani Kadırovaya, həmçinin, “Birincilərin hərəkatı”na şamil olunur. Bundan əlavə, sanksiyalar “Ural” avtomobil zavodunu, Arzamas maşınqayırma zavodunu, Hərbi-sənaye şirkətini, Bryansk avtomobil zavodunu, “Remdizel”i, Lipetsk mexaniki zavodunu, “İnkotex” şirkətini, “Transkonteyner”i, Tula silah zavodunu, “Bazalt” Elmi-İstehsalat Birliyini, “Pribor”u, “İskra”nı və digərlərini əhatə edib.

Yaponiyanın hökuməti tərəfindən həyata keçirilmiş digər tədbirlər sırasında Rusiya neftinə tətbiq edilən qiymət tavanının 60 dollardan 47,8 dollaradək endirilməsi yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti