Bakı. Trend:
İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında göstərilmiş xidmətlərin dəyəri 2,402 milyard manat təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu sektorda göstərilmiş xidmətlərin dəyəri real ifadədə 7,3 faiz artıb.
Dövr ərzində göstərilmiş xidmətlərin dəyərinin 73,7 faizi əhali tərəfindən istehlak olunub.
Qeyd edilib ki, xidmətlərdən əldə edilən gəlirin 34,4 faizi və ya 825,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.