Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 18,391 milyon ton əmtəəlik xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 912,8 min ton, yaxud da 4,7% azalıb.
Cari ilin sentyabrın 1-nə ölkədə hazır məhsul ehtiyatı 257,4 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 25,7 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9% azalıb.