...

Naxçıvan şəhərinin bəzi əraziləri subasmaya məruz qalıb

Hadisə Materials 12 Sentyabr 2025 10:44 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri çağırış ünvanlarına cəlb olunub.

Görülmüş işlər nəticəsində Naxçıvan şəhərində su basmış ümumilikdə 19 ünvanda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti