Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Bakı metrosunun xidmətlərindən xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 142,6 milyon nəfər olub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% azdır.
Qeyd edək ki, ölkənin nəqliyyat sektorunda 2025-ci ilin yanvar-avqust ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8 faiz və 5,1 faiz artıb.