Bakı. Trend:
Fransada kabellərin qarət olunması ilə əlaqədar Parislə Lion şəhərlərini biləşdirən dəmir yolu xətttində yüksək-sürətli qatarların hərəkətində pozuntular yaranıb.
Trend xəbər verir ki, bu barədə Fransanın Milli Dəmir Yolları Şirkəti (SNCF) məlumat yayıb.
“Cənub-şərqi yüksək-sürətli xəttdə hərəkət ciddi şəkildə pozulub. Krezo-Monşanen vağzalı yaxınlığında kabellərin oğurlanması səbəbilə siqnal sisteminin pozuntusu aşkarlanıb.”,-deyə məlumatda deyilir.
Yüksək-sürətli qatarların hərəkətinin şənbə günündən etibarən normallaşacağı gözlənilir. Sərnişinlər artıq səyahətin 2 saata qədər uzana biləcəyi ilə bağlı xəbərdar olunub.