...

İstəyirik ki, fizika, riyaziyyat kimi fənlərdən olan suallar beynəlxalq səviyyədə olsun - Emin Əmrullayev

Cəmiyyət Materials 12 Sentyabr 2025 12:21 (UTC +04:00)
İstəyirik ki, fizika, riyaziyyat kimi fənlərdən olan suallar beynəlxalq səviyyədə olsun - Emin Əmrullayev
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend

Milli fizika, milli riyaziyyat olmur.

Trend xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev 2025–2026-cı tədris ili: yeniliklər və hədəflər adlı tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, müəyyən məqamda çalışmalıyıq ki, suallarımız beynəlxalq suallara uyğunlaşsın.

"Milli ədəbiyyat olur, tarix olur. Yəqin ki, biz gələcək islahatların içərisindən bütün problemlərin arasında ən vaciblərini seçəcəyik. İstəyirik ki, fizika, riyaziyyat kimi fənlərdən olan suallarımız beynəlxalq səviyyədə olan suallar kimi olsun", - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti