Bakı. Trend:
13 ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi yerli kapital bazarlarının etibarlı və lider investisiya şirkəti olaraq fəaliyyətini uğurla davam etdirən PAŞA Kapital anderrayter kimi çıxış etdiyi daha bir emissiyanı uğurla tamamlayıb.
BirKart BOKT tərəfindən buraxılan, hər birinin nominal dəyəri 100 AZN, ümumi məbləği isə 2 000 000 AZN həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların yerləşdirilməsi 11 sentyabr 2025-ci il tarixində başa çatmışdır.
Bakı Fond Birjasının ticarət platformasında həyata keçirilmiş yerləşdirmədə istiqrazlara ən çox maraq fiziki şəxslər tərəfindən göstərilib. Belə ki, ümumilikdə 62 sifariş daxil olmuş, onların 60-ı fiziki, 2-si isə hüquqi şəxslər tərəfindən təqdim edilmişdir. Sifarişlərin ümumi məbləği istiqraz buraxılışının həcminə, 2 000 000 AZN-ə bərabər olmuşdur.
Yerləşdirilən sifarişlərin həcm bölgüsünə əsasən:
- Fiziki şəxslər: Sifarişlərin ümumi həcmi - 1 318 000 AZN; 65,09%
- Hüquqi şəxslər: Sifarişlərin ümumi həcmi - 682 000 AZN; 34,1%
İstiqrazları abunə yazılışı dövründə əldə edə bilməyən şəxslər təkrar bazarda iştirak edərək istiqraz sahibi ola bilər. BirKart BOKT faiz (kupon) ödənişləri 11 sentyabr 2025-cü il tarixindən hesablanmağa başlanılıb və ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.