Bakı. Trend:
Hər 10 dərsdən təxminən 3-də müəllimlər vaxt və resurslardan səmərəli istifadə edirlər.
Trend xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev 2025–2026-cı tədris ili: yeniliklər və hədəflər adlı tədbirdə çıxış edərkən deyib.
O qeyd edib ki, dərsdinləmənin nəticələri 23% kafi, 3 % isə yaxşıdır.
"Təəssüf ki, 70 % dərslərin dinlənilməsində bu keyfiyyət yaxşı deyil"- deyə o əlavə edib.