...

Armani ölümündən sonra şirkətinin satılmasını vəsiyyət edib

Dünya xəbərləri Materials 12 Sentyabr 2025 16:45 (UTC +04:00)
Armani ölümündən sonra şirkətinin satılmasını vəsiyyət edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə gün əvvəl vəfat etmiş məşhur modelyer Corco Armaninin varisləri onun şirkətini ictimai bazara və ya satışa çıxara bilər.

Trend bu barədə İtaliya KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, Armani vəsiyyətində, ölümündən sonra 18 ay ərzində şirkətinin səhmlərinin 15 faizinin, növbəti 3-5 il ərzində 30-54,9 faizinin (eyni alıcıya) satılması barədə sərəncam verib.

Modelyer prioritet alıcılar arasında “L'Oreal”, “LVMH” və “EssilorLuxottica” üstünlük verilməsini istəyib.

Bundan əlavə, Armani vurğulayıb ki, varislər ilkin səhmlərin yerləşdirilməsini İtaliyada və ya digər böyük bazarda həyata keçirə bilərlər.

Dizayner şirkətin səsvermə hüququna malik səhmlərinin 40 faizini öz silahdaşı və tərəfdaşı Pantaleo Del’Orkoya, 30 faizini 2016-cı ildə təsis etdiyi “Fondazione Giorgio Armani” fonduna, 15 faizini isə biznesinin müxtəlif sahələrinə rəhbərlik edən bacısı və qardaşı övladlarına vəsiyyət edib. Digər qohumlar isə səsvermə hüququ olmayan səhmləri miras alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti