...

Gürcüstanda qarışıqlığa yol verilməyəcək - Baş nazir

Dünya xəbərləri Materials 12 Sentyabr 2025 19:57 (UTC +04:00)
Gürcüstanda qarışıqlığa yol verilməyəcək - Baş nazir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda hər hansı qarışıqlığa, çevriliş cəhdinə yol verilməyəcək və bu istiqamətdə istənilən cəhdə maksimal səviyyədə sərt cavab veriləcək.

Trend xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstanda müxalifət tamamilə zəifləyib, ümidsiz vəziyyətdədir və belə bir vaxtda istənilən təxribatlar mümkündür.

Baş nazir qarşıdakı 4 oktyabr seçkilərində müxalifətin uğur qazana bilməyəcəyini vurğulayıb. O deyib: "Biz əvvəlki seçkilərdə olduğu kimi, yenə də qələbə qazanacağıq. Təbii ki, bununla barışmayan və xaricdən maliyyələşən müxalif qüvvələr ölkədə qarışıqlıq yaratmaq istəyəcəklər. Dövlət buna imkan verməyəcək və istənilən təxribatların qarşısı sərt şəkildə alınacaq".

Xəbər lenti

Xəbər lenti