Bakı. Trend:
Fransada yüzdən çox fransız deputat prezident Emmanuel Makronun impiçmenti haqda layihəni imzalayıb.
Trend xəbər verir ki, bu barədə “Fətholunmamış Fransa” solçu partiyasının parlament fraksiyasının lideri Matilda Pano “X” səhifəsində yazıb.
“Tarixi hadisədir! Sentyabrın 10-da keçən xalq etirazlarının uğurundan sonra “Fətholunmamış Fransa” partiyasından, ekoloji və kommunist partiyalardan olan 104 deputat respublikanın prezidentinin impiçmenti haqda təklifi imzalayıblar”,-deyə o yazıb.
Bundan əvvəl fransız jurnalist və geosiyasi analitik Pepe Eskobar fransızların 80-90 faizinin Makronun istefasını istədiklərini, lakin Fransanın siyasi sisteminin özünəməxsusluğu ucbatından bunun baş verməsinin az qala mümkünsüz olduğunu yazmışdı.