Bakı. Trend:
Bu gün Misli Premyer Liqasının IV turunun ilk oyun günündə iki qarşılaşma keçirilib.
Trend-in məlumatına görə, tura Qəbələdə start verilib.
“Kəpəz” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. İlk hissə qolsuz başa çatıb. İkinci hissədə Slavik Alxasov 65-ci dəqiqədə hesabı açıb, 86-cı dəqiqədə isə Bar Kohen fərqi iki topa çatdırıb. Nəticədə oyun “Araz-Naxçıvan”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra “Kəpəz” xalsız seriyasını davam etdirib, “Araz-Naxçıvan” isə xallarının sayını 10-a çatdıraraq turnir cədvəlinin liderliyinə yüksəlib.
Günün növbəti matçı ötən mövsümün ilk iki pillə sahibi “Qarabağ” və “Zirə” arasında oynanılıb. Görüşün 39-cu dəqiqəsində Ruan Renato penaltidən fərqlənərək “Zirə”ni önə çıxarıb – 1:0. İlk hissə bu hesabla yekunlaşıb.
81-ci dəqiqədə Kadi Borqes hesabı bərabərləşdirib – 1:1. Qarşılaşma elə bu nəticə ilə başa çatıb.
17:45. “Kəpəz” – “Araz-Naxçıvan” - 0:2
20:00. “Qarabağ” – “Zirə” - 0:1