...

Meksika Prezidenti ABŞ agentlərinin əməliyyatlarda iştirak etdiyi xəbərləri təkzib edib

Dünya xəbərləri Materials 12 Sentyabr 2025 23:25 (UTC +04:00)
Meksika Prezidenti ABŞ agentlərinin əməliyyatlarda iştirak etdiyi xəbərləri təkzib edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agentlərinin ölkədə narkotik kartelinin liderlərini həbs etmək üçün Meksika ordusu ilə birgə əməliyyatlarda iştirak etdiyi barədə yayılan xəbərləri yalan sayıb.

Trend-in məlumatına görə, Klaudiya Şeynbaum bu açıqlamanı gündəlik mətbuat konfransı zamanı verib.

“Bu, tamamilə yalandır. MKİ agentlərinin Meksika ordusunun əməliyyatlarında iştirakı doğru deyil”, – deyə o bildirib.

Prezident əlavə edib ki, ABŞ agentliklərinin malik olduğu məlumatlarla bağlı yalnız Mexiko və Vaşinqton arasında koordinasiya və əməkdaşlıq mövcuddur. Bu məlumatlar təhlükəsizlik kabinetinin strukturlarına ötürülür və təsdiqləndikdən sonra əməliyyatlar yalnız müdafiə, donanma, ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi nazirlikləri və ya prokurorluq tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti