Bakı. Trend:
Almaniya pilotsuz təyyarə insidentindən sonra ölkə və Şərqi Avropa üzərində hava patrullarını genişləndirmək qərarı verib.
Trend xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) yüksək vəzifəli məmura istinadən məlumat yayıb.
Məlumata əsasən, Şərqi Avropanın hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə Polşa sərhədinə iki "Eurofighter" qırıcısı yerləşdirilib.