...

TANAP-ın gələcək inkişafı üçün məqsəd və prioritetlər açıqlandı

İqtisadiyyat Materials 12 Sentyabr 2025 20:11 (UTC +04:00)
TANAP-ın gələcək inkişafı üçün məqsəd və prioritetlər açıqlandı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda “SOCAR Türkiye” və Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Direktorlar Şurasının iclasları keçirilib.

Trend bu barədə “SOCAR Türkiye”yə istinadən xəbər verir.

“SOCAR Türkiye”nin iclasında şirkətin il üzrə fəaliyyətinin hərtərəfli qiymətləndirilməsi aparılıb. Əsas layihələr, strateji vəzifələrin həyata keçirilməsində irəliləyişlər və yaxın gələcək üçün investisiya planları müzakirə edilib.

İştirakçılar regional və qlobal enerji tendensiyalarının şirkətin fəaliyyətinə təsirini qeyd edərək, “SOCAR Türkiye”nin davamlı inkişafa, innovativ həllərin tətbiqinə və bazarda mövqeyinin möhkəmlənməsinə sadiqliyini vurğulayıblar.

TANAP-ın İdarə Heyətinin iclasında diqqət mərkəzində layihənin əldə etdiyi nailiyyətlər, onun Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfəsi olub. Qaz kəmərinin əməliyyat uğurları və regional enerji arxitekturasında strateji rolu qeyd edilib.

İclas iştirakçıları, həmçinin, TANAP-ın gələcək inkişafının məqsəd və prioritetlərini, o cümlədən, yeni iş sahələrini və uzunmüddətli hədəfləri açıqlayıblar.

Xəbər lenti

Xəbər lenti