...

Azərbaycan-Belarus Əczaçılıq Sektorunda Yeni Əməkdaşlıq Perspektivləri (FOTO)

İqtisadiyyat Materials 12 Sentyabr 2025 16:41 (UTC +04:00)
Azərbaycan-Belarus Əczaçılıq Sektorunda Yeni Əməkdaşlıq Perspektivləri (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 11-də Belarusun Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi, bilavasitə cənab səfir Dmitri Pineviçin rəhbərliyi ilə Belarus Respublikasının əczaçılıq sektoru nümayəndə heyəti Azərbaycanda bərk dərman formalarının tam istehsal dövrünü həyata keçirən, tədqiqat və təkmilləşdirmə əsasında fəaliyyət göstərən ilk yüksək texnologiyalı əczaçılıq zavodu olan Scandens Pharmaceutical Industry-ə baş çəkib və şirkətin rəhbər heyəti ilə görüşüb.

Heyətdə Belarus Respublikasının əczaçılıq sektorunu təmsil edən, Belpharmprom holdinqi nəzdində fəaliyyət göstərən Borimed (Borisov Medical Preparations Plant), Exzon, Minskintercaps və Belmedpreparaty şirkətlərinin rəhbər və nümayəndələri iştirak edib.

Səfər çərçivəsində tərəflər əczaçılıq sahəsində əməkdaşlıq imkanlarını, xüsusilə dərman vasitələrinin lokalizasiyası və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Görüşün nəticəsi olaraq müəssisələr qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, eləcə də Azərbaycan əczaçılıq bazarının inkişafına və keyfiyyətli məhsul təminatına dəstək verəcək uzunmüddətli təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti