...

ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən yeniləməyə hazırıq - İrakli Kobaxidze

Dünya xəbərləri Materials 12 Sentyabr 2025 18:30 (UTC +04:00)
ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən yeniləməyə hazırıq - İrakli Kobaxidze
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi Tbilisi ABŞ-la strateji tərəfdaşlığı təmiz səhifədən yeniləməyə hazırdır. Biz indi ABŞ-dan rəsmi mövqe gözləyəcəyik. “Dostlar Aktı”nın («Акт MEGOBARI) qəbulu dayandırılıb. Görünür, “Dərin dövlət” öz məqsədinə çata bilməyib.

Trend xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” televiziyasına müsahibəsində söyləyib.

“Təklifimizlə bağlı ABŞ-ın rəsmi mövqeyinə ehtiyacımız var. Baxmayaraq, hələlik sükut hökm sürür, istənilən məsələni müzakirə etməyə hazırıq”, - deyə İrakli Kobaxidze vuğulayıb.

Onun sözlərinə görə, gürcü-amerikan münasibətlərinin yenidən qurulması Tramp administrasiyası ilə “Dərin dövlət” arasında gedən döyüşdə kimin qalib gələcəyindən asılı olacaq.

Xəbər lenti

Xəbər lenti