...

Xocasəndə avtobus qəzaya düşdü - 9 nəfər xəsarət alıb (YENİLƏNİB)

Hadisə Materials 12 Sentyabr 2025 21:13 (UTC +04:00)
Xocasəndə avtobus qəzaya düşdü - 9 nəfər xəsarət alıb (YENİLƏNİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

12.09.2025-ci il tarixində Bakıda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 9 nəfər (7-si kişi, 2-si qadın cinsli olmaqla) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Trend-in sorğusuna cavab olaraq bildirib.

Onlara bədənin müxtəlif dərəcəli yaralanmaları, sınıq və çıxıq diaqnozları qoyulub.

Zəruri tibbi yardım göstərildikdən sonra yaralıların instrumental-diaqnostik müayinələri aparılıb.

Hazırda hər birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

XXX

20:09

170 nömrəli avtobus qəzaya düşüb.

Trend-in məlumatına görə, hadisə Xocasən yolunda qeydə alınıb.

Belə ki, qəza nəticəsində 10-dan çox şəxs müxtəlif bədən xəsarətləri ilə paytaxt ərazisində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti