...

Elbrus dağındakı kanat yolunda qəza - Ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 12 Sentyabr 2025 20:31 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Elbrus dağındakı kanat yolunda 2 nəfərin ölümü, 9-nun yaralanması ilə nəticələnən qəza baş verib.

Trend xəbər verir ki, Kabardin-Balkar hakimiyyət orqanlarının məlumatına görə, qəzaya dayaqlardan birində problemin yaranması səbəb olub.

Zərərçəkənlər təxminən 3,8 min metr hündürlükdən təxliyə edilib və onlar hazırda xəstəxanalara çatdırılırlar. Regional Səhiyyə Nazirliyindən verilən məlumata görə, tibb müəssisələri yaralıların qəbulu üçün hazırlıq vəziyyətinə gətirilib.

Kabardin-Balkar İstintaq Komitəsi təhlükəsizlik tələblərinə cavab verməyən və iki nəfərin ölümünə, 9-nun yaralanmasına səbəb olan xidmətlərin göstərilməsi faktı ilə bağlı cinayət işi açıb.

Kanat yolunun operatoru “Elbrus MKD” MMC-dir.

Xəbər lenti

Xəbər lenti