...

Alman şirkəti Azərbaycanda su sızmalarının aşkarlanması üçün qabaqcıl texnologiyalarını təqdim edib (ÖZƏL)

İqtisadiyyat Materials 12 Sentyabr 2025 15:25 (UTC +04:00)
Alman şirkəti Azərbaycanda su sızmalarının aşkarlanması üçün qabaqcıl texnologiyalarını təqdim edib (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya və İsveçrədə qərargahları olan, ailə biznesi sayılan alman şirkəti “Gutermann AG” olaraq, ilk dəfə Azərbaycanda olmağımızdan istifadə edərək, su itkilərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verən su sızmalarının aşkarlanması texnologiyalarını təqdim etmişik

Bunu Trend-ə verdiyi müsahibədə GUTERMANN şirkətinin baş kommersiya direktoru Bernhard Doll deyib.

Onun sözlərinə görə, şirkət bəzi rayonlarda 30-40 faiz və daha yüksək olan su itkilərinin azaldılması üçün qabaqcıl həllər tətbiq etmək niyyətindədir.

Şirkətin əsas məhsullarından biri “Zone Scan”dır – süni intellektdən istifadə edən, darzolaqlı NB-IoT texnologiyası əsasında işləyən registrator. Bu cihazlar az enerji sərfiyyatına malikdir və hətta metal su qəbul kameralarının içərisində də quraşdırıla bilir. Onlar boru kəmərindəki səsləri toplayaraq, mümkün sızma yerini dəqiq müəyyən etməyə imkan verir.

“Çexiya və Rumıniya kimi Şərqi Avropa ölkələrindəki təcrübəmiz göstərir ki, bu texnologiya sızmaları yerindəcə iqtisadi və səmərəli şəkildə aşkarlamağa imkan verir, bundan sonra su təsərrüfatı operatorları lokal yoxlama apararaq boru kəmərini təmir edə bilirlər”, - deyə Doll qeyd edib.

Şirkət ümid edir ki, belə həllərin tətbiqi Azərbaycanda su itkilərinin azaldılmasına və su təsərrüfatlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına kömək edəcək.

Qeyd edək ki, GUTERMANN su itkilərinin ağıllı idarə olunması və sızmaların aşkarlanması sahəsində innovasiyaları ilə tanınan beynəlxalq texnoloji şirkətdir. Baş ofisi İsveçrənin Zuq şəhərində yerləşən və Almaniya, Böyük Britaniya, Fransa, ABŞ və Avstraliyada regional nümayəndəlikləri olan şirkət ailə biznesinin üçüncü nəslidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti