Bakı. Trend:
Siyasi fəal Çarli Kirkin qatili tutulub.
Trend xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox” telekanalının canlı efirində bildirib.
“(Studiyaya) gəlməzdən beş dəqiqə qabaq mənə dedilər ki, onu tutublar”, -deyə Tramp
Ağ Ev rəhbərinin sözlərinə görə, siyasi fəalı və Trampın “mənəvi oğlu” adlandırdığı Çarli Kirki qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə polisi ona çox yaxın olan adam məlumatlandırıb.
Tramp bildirib ki, onun əldə etdiyi məlumata görə, qatil 28-29 yaşlarında gəncdir.
Xatırladaq ki, bir neçə gün əvvəl Çarli Kirk Yuta Universitetində yüzlərlə tələbə qarşısında ictimai çıxış edən zaman snayper gülləsinə tuş gələrək həyatını itirib.