...

IGB Amerikanın mayeləşdirilmiş təbii qazını Cənub-Şərqi Avropa və onun hüdudlarından kənara çatdırılmasını təmin etməyə hazırdır

Energetika Materials 12 Sentyabr 2025 15:43 (UTC +04:00)
IGB Amerikanın mayeləşdirilmiş təbii qazını Cənub-Şərqi Avropa və onun hüdudlarından kənara çatdırılmasını təmin etməyə hazırdır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan–Bolqarıstan interkonnektorunun (IGB) operatoru ICGB şirkəti ABŞ-dən gətirilən mayeləşdirilmiş təbii qazın Cənub-Şərqi Avropaya və onun hüdudlarından kənara çatdırılmasına hazırdır.

Trend xəbər verir ki, bunu ICGB şirkətinin icraçı direktoru Teodora Georgiyeva Salonikidə keçirilən SEEF2025 forumunda çıxışı zamanı deyib.

“Amerikalı tərəfdaşlarımızın mesajı aydın idi: möhkəm dəstək, strateji birlik və ortaq ambisiyalar. IGB qaz kəməri tam şəkildə Yunanıstan şəbəkəsinə inteqrasiya olunub və birbaşa Aleksandrupolisdəki MTQ terminalına qoşulub. ICGB ABŞ mayeləşdirilmiş təbii qazını Cənub-Şərqi Avropaya, həmçinin, Rumıniya, Moldova, Ukraynaya çatdırmağa hazırdır. Şaquli qaz dəhlizi artıq konsepsiya deyil – bir reallıqdır. O, Avropanın enerji təhlükəsizliyinin dayağına və trans-Atlantik əməkdaşlığın sütununa çevrilir”, - deyə Georgiyeva bildirib.

ICGB şirkətinin digər icraçı direktoru Georgios Satlas da öz mövqeyini açıqlayaraq, əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

“SEEF2025 forumu açıq şəkildə göstərdi ki, ABŞ əsas enerji tərəfdaşı qismində geri qayıdır və ABŞ–Aİ əməkdaşlığının daha sıx olması onun tam potensialının üzə çıxarılmasında həlledici rol oynayacaq. ICGB üçün qaz-nəqliyyat sistemi operatorları (TSO) arasında qarşılıqlı əlaqələri gücləndirmək eyni dərəcədə vacibdir ki, bütün üç marşrut üzrə tənzimləyicilərə razılaşdırılmış və etibarlı həllər təqdim olunsun. Birgə səylər Şaquli qaz dəhlizinin Cənub-Şərqi Avropada uzunmüddətli enerji təhlükəsizliyinin və trans-Atlantik tərəfdaşlığın nüvəsinə çevrilməsini təmin edəcək”.

Qeyd edək ki, IGB Yunanıstanın milli qaznəqliyyat sistemi (DESFA S.A.) və Trans-Adriatik qaz kəməri (TAP AG) ilə Komotini (Yunanıstan) bölgəsində, həmçinin, Bolqarıstanın qaznəqliyyat sistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsində birləşdirilib.

Qaz kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32 düymdür. Layihə gücü ildə 3 milyard kubmetr qazın Yunanıstan–Bolqarıstan istiqamətində nəqlini nəzərdə tutur, bazar marağı və qonşu qaz-nəqliyyat sistemlərinin imkanlarından asılı olaraq bu həcm illik 5 milyard kub metrə qədər artırıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti