Bakı. Trend
Peşə təhsil müəssisələrinə tələbə qəbulunun III mərhələsi bu gün saat 18:00-da başa çatacaq.
Trend xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu mərhələdə uğur qazanmış namizədlər 13 sentyabr saat 16:00-dək sənədlərini qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.