...

Zəngilanın su təchizatı ilə bağlı 8,6 milyon manatlıq işlərə başlanılır

İqtisadiyyat Materials 12 Sentyabr 2025 15:38 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Zəngilan şəhərinin su təchizatının yaxşılaşdırılması ilə əlaqədar müvafiq işlərə start verilir.

Trend-in məlumatına görə, bu işlər çərçivəsində şəhərin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə sənədləri hazırlanacaq.

Eyni zamanda, həmin qurğuların tikintisi çərçivəsində texniki-istismar üzrə tədqiqat və təlimatlandırma işləri həyata keçiriləcək.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum bəhs olunan işlərin 8,6 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti