...

Doqquz nəfərin xəsarət aldığı avtobus qəzasının səbəbi açıqlanıb (VİDEO)

Hadisə Materials 12 Sentyabr 2025 21:54 (UTC +04:00)
Doqquz nəfərin xəsarət aldığı avtobus qəzasının səbəbi açıqlanıb (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 170 nömrəli avtobusun qəzaya düşməsi nəticəsində 9 nəfər xəsarət alıb.

Daşıyıcı şirkətdən Trend-ə verilən məlumata görə, ilkin araşdırma avtobusun qarşısına qəfil minik avtomobilinin çıxması nəticəsində qəzanın baş verdiyini göstərir.

Avtobus saatda 25-30 km sürətlə hərəkətdə olarkən qarşısında manevr edən minik avtomobili qəfil əyləci basıb. Toqquşmadan yayınmaq üçün sürücü avtobusu sağa tərəf yönəldib və nəticədə nəqliyyat vasitəsi beton bardürə çırpılıb.

Hadisə zamanı avtobus salonundakı bir neçə sərnişin yıxılaraq yüngül xəsarət alıb. Onlara yerindəcə tibbi yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti